İman qəbiləsi

MÜƏLLİF: Məhəmməd Saleh Namazizadə

October 1, 2021

Son bir əsrdə Latın Amerikasından Cənub-Şərqi Asiyaya, Afrika səhrasından Vyetnam cəngəlliklərinə, Livan və Qəzzə sahillərinə qədər hər yerdə insanlar dünya tarixinin ən zalım rejiminə qarşı ayağa qalxmışlar.

Dünyada elə bir yer tapmaq olmaz ki, Amerikanın müdaxilə izi olmasın, müstəmləkəçi xislətləri ilə xalqları, istismarçı xüsusiyyətləri ilə insanları qul etməyə çalışmasınlar. Amerikalılar ayaqlarını haraya qoymuşlarsa, orada od-alov qalxmış, qanlar tökülmüşdür.

Özlərini insan haqlarının, ailənin, demokratiyanın tərəfdarı, müharibənin əleyhdarı kimi göstərirlər, ancaq bütün bu düşüncələrin ən böyük düşməni kimdir? Hansı dövlət illərdir kütləvi qırğın silahları satmaqla pul qazanır? Hansı dövlət demokratiya bəhanəsi ilə dünyanın hər tərəfinə qoşun yeridir? 2018-ci ilin 2 oktyabrında “Pew” Araşdırma Mərkəzinin tədqiqatçısı keçirdikləri sorğunun nəticələrini açıqlayarkən belə demişdi: “Amerika Birləşmiş Ştatlarının dünya üzrə reytinqi bir neçə il öncəyə nisbətən olduqca aşağı enmişdir.

No Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × one =