Gənc və gənclik İmam Xameneinin baxışında

MÜƏLLİF: İsmayıl Daneş, Rüxsarə Daneş

June 22, 2021

Giriş

Gənclik ömrün fırtınalı çağıdır. Gənc həyəcanlı və gərgin dönəm olan yeniyetməlik mərhələsindən keçib nisbətən sakit bir dünyaya qədəm qoysa da, hələ də alov saçır. Gənclik insanın çiçəkləyən çağıdır. İnsan gənclikdə üzərinə ilahi vəzifələr və müxtəlif məsuliyyətlər götürür. Allah bir çox nemətlərini insana gənclik çağında bəxş edir. Gənclik elə ilahi sərvətdir ki, insan onu yalnız cənnət müqabilində xərcləyə bilər. Xoş o insanların halına ki, gəncliyin dəyərini bilib, ondan fərdi və ictimai xoşbəxtlik naminə istifadə edirlər!

Gəncin həyəcanlı ruhu, eşq, gözəllik və məhəbbətlə dolu qəlbi, sual dolu beyni var, həmişə təcrübə və tamaşa ardıncadır. Gəncin qəlbi bütün daş-qayalardan, dərə-təpələrdən keçib gözəl və təravətli lalə düzünə çatmaq istəyən bir çay kimidir. Bu baxımdan, müşahidə və yaradıcılıq pəncərələri gəncin üzünə həmişə açıq olmalı, ona iman və düşüncə çırağı verilməli, ümid və təbəssüm gülləri təklif olunmalıdır. Gənclik fiziki, ruhi və instinktiv yeniliklər dünyasıdır. Bunlar onun duyğu və emosiyalarının dəyişməsinə səbəb olur. Gənclik yeni gözləntilər yaşı, hətta demək olar ki, artıq gözlənti, istək və rəğbətlər dönəmidir. Elə bu səbəbdən də İmam Xameneinin düşüncələrində gəncə və gəncliyə xüsusi diqqət ayrılmışdır.

2 Comments

  • rafiq September 17, 2021 at 11:45 am

    salam İn Se Allah tezliklə sehidler haqqında yeni kitabları gözləyirik səbrsizliklə coxdandi

    • Ali ALIEV April 27, 2022 at 2:06 pm

      Əleykum salam inşallah

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

10 + 12 =