Yadında qalsın

MÜƏLLİF: Məhəmmədrəsul Mollahüseyni

November 3, 2020

Hərəm müdafiəçisi Şəhid Həmid Muradi həyat yoldaşının xatirələrində

Süfrədə oturanda dedi:

-Son səhər yeməyini mənimlə yemək istəmirsən?

Sanki ürəyimə xəncər sancıldı. Qulağım dediyi sözü eşitsə də, beynim inkar edirdi. Mətbəx başıma fırlanırdı.

-Suriyadan zəng edəndə səni sevdiyimi necə deyərəm? Yanımda başqaları da olacaq. Onlar belə dediyimi eşitsələr, utandığımdan yerə girərəm.

Birdən oxuduğum şəhid xatirələri yadıma düşdü. Bəziləri bu kimi vəziyyətlər üçün aralarında xüsusi sözlər seçmişdilər. Həmidə dedim:

-Telefonda “səni sevirəm” yerinə, “yadında qalsın” deyərsən. Mən anlayacam.

Təklifimdən xoşu gəldi. Pillələri düşə-düşə əl yelləyib ucadan deyirdi:

-Yadında qalsın! Yadında qalsın!

Təbəssüm edib dedim:

-Yadımdadır! Yadımdadır!

5 Comments

  • Şəhidlərin izi ilə.. November 13, 2020 at 10:09 pm

    Salam Əleykum. İnandırım sizi, Şəhid Həmid Muradinin şəkillərini tez tez sosial şəbəkələrdə görürdüm, hər dəfəsindədə öz özümə düşünürdüm ki, kaş kitabı azərbaycan dilində olaydı oxuyardım… Kitabı görəndə çox sevindim, 2 günə oxuyub bitirdim)) Hətta təkrar oxumağa başlamışam.

    2 ildən çox olar ki, dinikitabxana saytının daimi oxucusuyam. Kateqoriyalardan Roman bölümündəki bütün kitabları oxumuşam.
    Saytın adminlərindən, tərcümə edənlərdən və bütün əziyyəti olanlardan Allah razı olsun, nə yaxşı ki, bu cür gözəl şəxsiyyətləri bizlərə tanıtdırırsız. Minnətdaram.

    • Ali ALIEV February 15, 2021 at 8:33 pm

      çox sevinirik ki bu cür gözəl oxucularmız var Allah razı olsun sizdən,təşəkkürlər

  • Zehra December 1, 2020 at 12:55 pm

    Ağlayaraq bitirdim kitabı.Allah razı olsun.Daha çox şəhid xatirələrdə kitablari gəlsə möhtəşəm olar.

    • Ali ALIEV February 15, 2021 at 8:29 pm

      inşaAllah …Rəy bildirdiynizə görə çox sağ olun.

  • Təhmin September 16, 2021 at 5:04 pm

    Həqiqətən çox saq olun,
    Allah sizlərdən razı olsun😊

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × 5 =