Nura
Roman , Tövsüyə olunanlar / October 15, 2024

Həyət qapısının zəngi çalınanda ürəyim üzüldü. Cəld pəncərəyə tərəf yüyürüb, pərdəni kənara çəkdim: “Əh! Nə pis oldu! Mina heç vaxt bu saatda evə qayıtmazdı!” Həyət qapısından eyvana və sonra da qonaq otağınadək cəmi altı-yeddi addım idi. İstəmirdim Mina bilsin ki, icazəsiz nout-bukuna açıb baxmışam…

ÜÇÜNCÜ PƏRVANƏ
Roman , Tövsüyə olunanlar / October 15, 2024

Anam bir əllə qazı söndürüb o biri əli ilə qaynar çaydanın dəstəyindən tutmaq istəyir. Əli yanır. Dəsmalı götürüb çaydanın dəstəyinə bükür, çaydanı qaldırıb lüləsini termosun ağzına doğru əyir. Qaynar su quruldaya-quruldaya termosun dar boğazından tökülməyə başlayır, ağzından ağ buxar topası bayıra atılıb yavaşca və yüngül şəkildə uçur, ətrafa yayılır, get-gedə böyüyür, böyüyür və tədricən yoxa çıxır…