QURANLA DƏRMAN
Quran və hədis , Tövsüyə olunanlar / October 28, 2024

BağıĢlayan və mehriban Allahın adı ilə .Əziz oxucu bu kitab vasitəsi ilə sizinlə əlaqə yaratdığımagörə xoĢbəxtəm. Ġndi isə sizin dərdlərinizi (xəstəliklərinizi)bütün dərdlərin dərmanı olan Quranla müalicə edib, onunqarĢısında sizin reaksiyanızı görüb eĢitmək istəyirəm.Cavanlığın ilk anlarında bu müqqəddəs kitabın (Quranın) güclütəsirini hiss etdiyim halda, səni onda olan sirrlərdən agahetməməyimə heyfim gəlir. Cavanlıqda Quranla bir müddətünsiyyət tapmıĢdım, Lakin onun surələrini savab üçünoxuyardım, nəhayət bir hədis mənim yadıma düĢdü ki, (əlquranu dəvaun) Yəni Quran dərdlərə dərmandır.

ƏL-BƏYAN (2)
Quran və hədis , Tövsüyə olunanlar / October 28, 2024

NƏSXİN MƏNASIBir çox tәfsir vә Quran elmlәrinә dair tәlif olunmuş kitablardaQurandakı bәzi ayәlәr haqda «nәsx olunmuş ayәlәr» adı altındaayrıca fәsl ayrılmışdır. Әbu Bәkr Nuhas özünün «Әn-nasix vәlMәnsux» adlı kitabında nәsx olunmuş ayәlәrin sayını 138 olduğunuqeyd etmişdir.

ƏL-BƏYAN (1)
Quran və hədis , Tövsüyə olunanlar / October 28, 2024

QURAN — QURAN VƏ HƏDİS BAXIMINDANSöhbət Quranın fəzilətindən düşsə, yaxşı olar ki, bu barədədanışmaq istəyən özünü onun əzəməti qarşısında kiçik saysın, onundərin mənalarını dərk etməkdə aciz olduğunu etiraf etsin. Bəlkə dəbu, səmimi bir etiraf Quran barəsində nə isə deməkdən dahamünasib olardı?!

MƏSƏLLƏR
Quran və hədis , Tövsüyə olunanlar / October 28, 2024

Sual 1: Nə üçün Allah yaranışa əl qatıb, bir bu qədər mövcudu, eləcə də, insanı yaradıb?Cavab: Əgər gözəl nitqi olan bir alim danışarsa, ondan nə üçün danışdığı soruşulmamalıdır. Çünki malik olduğu elm və 3 natiqlik onu öz biliklərinin bəyanına vadar edir. Əgər o susub, elmini gizlədərsə, bu iş sual doğura bilər.Qadir, həkim və mehriban Allah torpaqdan buğda, buğdadan nütfə, nütfədən kamil insan yarada bildiyi halda, nə üçün də yaratmamalıdır?!

VƏHHABİLİYİN SİYASİ TARİXİ
Roman , Tövsüyə olunanlar / October 20, 2024

İslamın əbədi ayini coğrafi cəhətdən Asiyanın cənub-qərbindəki quruvə yandırıcı iqlimə malik olan Ərəbistan diyarında (610-cu miladi ilində)zahir oldu. Bu diyarın əhalisi İslamdan öncə cahiliyyət dövründəyaşayırdılar. Böyük əksəriyyət çirkin və insanlığa yaramayan əxlaqamalik idi. Ərəb cəmiyyətlərinə hakim olan qəbilə icması şəklində olanhəyat tərzinin əsas xüsusiyyətlərindən biri daim çarpışma, müharibə vəqan axıtma idi. Amma İslam dini zühur edərkən qəbilə icmasıformasında olan yaşayışa hörmətlə yanaşdı. Belə ki, İslam cahil ərəblərəonların qeyri-insani əməl və əqidələrinin tərk olunması üçün müəyyənyollar təyin etdi və sonuncu peyğəmbər Həzrət Məhəmməd (s) vahid birümmətin, nurani bir cəmiyyətin yaradılması üçün yol göstərdi.Peyğəmbəri-Əkrəm (s.ə.v.v) iyirmi üç il ərzində insanları İslam dininədəvət etdi. O, təzə müsəlman olmuş cəmiyyətin genişlənib inkşaf etməsivə tərəqqiyə çatması üçün özünün var-qüvvəsi ilə çalışdı və cəmiyyətdədərin dəyişikliklər yarada bildi…

Nura
Roman , Tövsüyə olunanlar / October 15, 2024

Həyət qapısının zəngi çalınanda ürəyim üzüldü. Cəld pəncərəyə tərəf yüyürüb, pərdəni kənara çəkdim: “Əh! Nə pis oldu! Mina heç vaxt bu saatda evə qayıtmazdı!” Həyət qapısından eyvana və sonra da qonaq otağınadək cəmi altı-yeddi addım idi. İstəmirdim Mina bilsin ki, icazəsiz nout-bukuna açıb baxmışam…

ÜÇÜNCÜ PƏRVANƏ
Roman , Tövsüyə olunanlar / October 15, 2024

Anam bir əllə qazı söndürüb o biri əli ilə qaynar çaydanın dəstəyindən tutmaq istəyir. Əli yanır. Dəsmalı götürüb çaydanın dəstəyinə bükür, çaydanı qaldırıb lüləsini termosun ağzına doğru əyir. Qaynar su quruldaya-quruldaya termosun dar boğazından tökülməyə başlayır, ağzından ağ buxar topası bayıra atılıb yavaşca və yüngül şəkildə uçur, ətrafa yayılır, get-gedə böyüyür, böyüyür və tədricən yoxa çıxır…