Ya yuxu görürdü, ya da görmürdü. Ya röyaydı, ya da deyildi. Nə idisə vahimə içində qalxıb yatağında oturdu. Sanki nəfəsi gəlmirdi. Əlini qırtlağına qoyub almacığı sıxdı, dərin nəfəs aldı. Yuxusunu ciddiyə almayıb ayağa qalxa, gedib yarım stəkan su içə və yatağına qayıda bilərdi. Lakin döşəyin üstündə oturub fikrə getdi…
Ayətullah Xameneinin “Xatun və Komandan” kitabına yazdığı qeydlər: Allahın salamı olsun ixlaslı və fədakar döyüşçü Şəhid Əlirza Təvəssüli, həmçinin onun məhəbbətli və səbirli həyat yoldaşı, dəyərli Ümmul-Bənin xanıma.Bu kitabda yazılan, əfqanlı mühacirlərin başına gələn hadisləri, etibar etdiyim ayrı bir qaynaqdan daha öncə eşitməmişdim. Bəziləri, həqiqətən çox narahat edicidir. Lakin bunu vurğulamaq istəyirəm ki, Fatimiyyun briqadasının cihad hərəkatı bütün əfqanlıların fəxr qaynağıdır…