Hadisə səhəri
Roman , Tövsüyə olunanlar / August 14, 2024

Ya yuxu görürdü, ya da görmürdü. Ya röyaydı, ya da deyildi. Nə idisə vahimə içində qalxıb yatağında oturdu. Sanki nəfəsi gəlmirdi. Əlini qırtlağına qoyub almacığı sıxdı, dərin nəfəs aldı. Yuxusunu ciddiyə almayıb ayağa qalxa, gedib yarım stəkan su içə və yatağına qayıda bilərdi. Lakin döşəyin üstündə oturub fikrə getdi…

XATUN VƏ KOMANDAN
Roman , Tövsüyə olunanlar / August 14, 2024

Ayətullah Xameneinin “Xatun və Komandan” kitabına yazdığı qeydlər: Allahın salamı olsun ixlaslı və fədakar döyüşçü Şəhid Əlirza Təvəssüli, həmçinin onun məhəbbətli və səbirli həyat yoldaşı, dəyərli Ümmul-Bənin xanıma.Bu kitabda yazılan, əfqanlı mühacirlərin başına gələn hadisləri, etibar etdiyim ayrı bir qaynaqdan daha öncə eşitməmişdim. Bəziləri, həqiqətən çox narahat edicidir. Lakin bunu vurğulamaq istəyirəm ki, Fatimiyyun briqadasının cihad hərəkatı bütün əfqanlıların fəxr qaynağıdır…

XƏSTƏXANADA GÖRÜŞ
Roman , Tövsüyə olunanlar / August 13, 2024

“Bintül-hüda” (hidayət qızı) kimi tanınan iraqlı yazıçı, siyasi və ictimai xadim Aminə əs-Sədr 1937-ci ildə Bağdadın Kazimiyyə məntəqəsində anadan olub. Atası Heydər əs-Sədr vəfat edəndə onun iki yaşı vardı. Atasının ölümündən sonra maddi çətinliklə üzləşən ailəsi 1945-ci ildə Nəcəf şəhərinə köçür. O, uşaq yaşlarından təhsilə və elmə maraq göstərir, bu şövqlə boya-başa çatır…

TASUA ƏSGƏRİ
Roman , Tövsüyə olunanlar / August 13, 2024

Mürtəza dünyaya gələndə Mustafa üç yaş yarımlıq idi. Bir dəfə uşağı qucağıma götürmüşdüm, hamama aparmaq istəyirdim. Mustafa yaxınlaşıb uşaq dili ilə dedi ki, qardaşımı mən yumaq istəyirəm. Dedim ki, oğlum, olmaz…

Qırmızı kvadratlar
Uncategorized / August 13, 2024

Bir axşam Şələmçədə hələ qanları qurumamış şəxslərlə əhd bağladım. Onlar zərif bir pərdə qədər məndən aralıda idilər, uca yaradanla görüşə nail olmuşdular…

Cənubdan məktub
Roman , Tövsüyə olunanlar / August 13, 2024

İqbalSəna kuklasını taxçanın üstünə qoyub dedi: -Bazara aparmaq istəyirəm.Səmir güldü: – Onun üçün nə alacaqsan?Səna pəncərəyə tərəf getdi, uzaqlara baxdı. Ucsuz-bucaqsız bir düzənlikdə böyük şəhər görünürdü. Əbyə kəndi salınmış təpənin ətəyində qovaq ağacları ucalmışdı. Əbyə, şəhəri qoruyan gözətçi qalasına bənzəyirdi…

ANAMIN DUASI
Roman , Tövsüyə olunanlar / August 11, 2024

Ev işlərini görə-görə qonaq otağındakı televizoru dinləyirdim. Xəbərlər proqramı verilirdi. Xəbərlərin biri üç hərəm şəhidinin dəfni barədəydi: Seyid Mürtəza Hüseyni, Əli Hüseyni və Məhəmmədcavad Rüstəmi. Diktor deyirdi ki, hər üç şəhid Fatimiyyun diviziyasından olub, cəsədləri beş ildən sonra DNA testi ilə müəyyən edilib.