Eşq əfsanələri belə yaranır; bəla dövründə, sıxıntı, hətta aclıq dönəmində… Bu əfsanələr uzun illər sonra da danışılır: yaxında deyil, uzaqda yaranan eşq macəraları, vüsal həsrətilə günləri saymaq…
Ötən illərə rəğmən hələ də məhəllə uşaqlarının gülüş səsləri qulağımda cingildəyir. Hələ də özümü Zərəndin küçə və dalanlarında dostları ilə qaçışan şən və azad qızcığaz hiss edirəm…