görün! Mənim ikinci müraciətim siyasi adamlara, namizədlərə, partiya və cinah rəhbərlərinədir. Mən bu ağalara demək istəyirəm ki, bu gün ölkə üçün həssas və tarixi bir gündür. Dünyanın vəziyyətinə baxın. Orta Şərqin vəziyyətinə baxın. Dünyanın iqtisadi vəziyyətinə baxın. Bizim İraq, Əfqanıstan və Pakistan kimi qonşu ölkələrimizin vəziyyətinə baxın. Biz tarixin həssas bir nöqtəsində yerləşmişik. Bizim hamımızın vəzifəmiz budur ki, bu tarixi mərhələdə sayıq, diqqətli və ehtiyatlı olub səhvə yol verməyək. Bu seçki məsələsində xalq həqiqətən öz vəzifəsinə əməl etdi…
İmanın əlamətləri günah etməmək, Allahdan qorxmaq, Allah bəndələri ilə yaxşı davranmaq, Allah düşmənləri ilə düşmən olmaq, qardaşların kiçik ixtilaflarına asanlıqla göz yummaq, düşmənlərlə isə zərrələri də hesablamaqdır. Möminlərin qarşısında təvazökar olun, özünüzü kiçildin: “Möminlərə qarşı mülayim və təvazökar”. Bu, bir-biri ilə kəllə-kəlləyə gəlməklə uyğun deyil. Bu, məhəbbət, bağış və keçinməklə yaranır.
Qəlblərin, cisimlərin və talelərin qovuşması olanailə qurmaq münasibəti ilə siz əziz övladlarımı səmimiqəlbdəntəbrik edirəm. Tövsiyə edirəm ki, öz həyatyoldaşlarınıza sevgi göstərin, onlara vəfadar olun,özünüzü bir-birinizin taleyinə şərik bilin, müştərəkhəyata düyün düşməsindən ehtiyatlanın, kiçik vəəhəmiyyətsiz düyünlərə göz yumun. Allah sizə xoşbəxtlik,səadət və ruhi yüksəliş əta etsin, ailə həyatınızı sağlam vəsaleh övladlarla isitsin və aydınlaşdırsın! İnşallah.Seyid Əli Xamenei