NƏCİB
Roman , Tövsüyə olunanlar / March 2, 2022

Gözlərimə təzə yuxu getmişdi ki, ratsiyanın avtomat kimi çalan zəngindən diksindim. Gözlərimi çətinliklə aça-aça alaqaranlıq səngərdə əlimi uzadıb dəstəyi götürdüm. Mərkəzdəki növbətçi idi. – Nə olub, Əli? – deyə soruşdum. – Artilleriya taqımının kabeli qırılıb. Uşaqların birini oyat, gedib təmir etsin. – Artilleriya?! Özü də gecənin bu vaxtı?! Qoy sabaha qalsın. Gecənin yarısı artilleriya ilə nə işin var? – Mənim işim yoxdur, üçüncü taqımın komandirinin işi var.