Bu gözəl və ibrətli əlyazmaları oxudum. Bunların hamısı Şəhid Təcəllayinin dərin mənəvi təcəllasıdır. Güclü dindarlıq, şəhadətə səbirsizlik, əməldə cəsarət, tədbirdə dərrakə, idarədə zəka, dünyaya etinasızlıq, bütün diqqəti Allaha və qiyamətə yönəltmək – biz bunların hamısını və daxilindəki günəşin möhtəşəm təcəllasını özü həyatda ikən əyani şəkildə görmüşdük. Bu əlyazmalar, şərhə ehtiyac olmadan, Allaha doğru yol axtaran hər kəsə dəyərli mesajlardır. Kimsə onun böyük qəhrəmanlıq dolu Süsəngird mövzusundakı bir neçə səhifəlik qısa yazısını sənət əsərinə çevirə bilsə, bir insanın ən gözəl bəşəri cilvəsini, iradə və qeyrətini nümayiş etdirmiş olar.
Onu 1982-ci ildən bəri imanlı, cəsur, təvazökar və inqilabçı bir insan kimi tanımışam. Fədakar insan idi. Gecələr ibadətlə məşğul olur, Allahla raz-niyaz edir, tez-tez Quran oxuyurdu. Allaha, əziz Peyğəmbərə (s) və ilahi övliyalara eşq bəsləyirdi. Vilayəti-fəqih sisteminə sadiq idi. Üz-başından bəndəlik, dindarlıq yağırdı. O, insanları çox sevirdi. Xalqa xidmət, məzlum və yoxsullara kömək etməyə fürsət axtarırdı. Səkkizillik müharibədə, ölkənin cənub-şərqində, Əfqanıstan, Livan, Fələstin, Suriya, İraq, Yəmən və Bəhreyndə yalnız Allahı düşünür, məzlumu müdafiə etmək barədə fikirləşirdi. Vücudunda sonsuz həddə ixlas və inanc vardı. İmamımız onun şəhadətindən iki həftə sonra Tehranın cümə namazında buyurdu: “Biz əziz şəhid Hacı Qasim Süleymaniyə bir fərd kimi baxmayaq, bir məktəb kimi baxaq; əziz şəhid komandirimizə bir məktəb, bir yol və öyrədici məktəb gözüylə baxaq”.