VİLAYƏT GÜNƏŞİ 2
Tövsüyə olunanlar / December 31, 2020

Əmirəl-möminin Əli (ə)-ın saleh şəxsləri vali təyin etmək və səlahiyyətsiz, ləyaqətsiz şəxsləri işdən götürməklə ilahi-haqq hökumətinin əsaslarını möhkəmləndirdikdən sonra artıq Şamdakı xəbis şəcərənin (sülalənin) köklərini kəsərək onun şərrini islam cəmiyyətindən uzaqlaşdırmağın vaxtı gəlib çatmışdı. Bu məsələ Həmdanın hakimi Cəririn Kufəyə gəldiyi vaxt daha da dəqiqləşdi.