Sizi düşündürən sualları yazın. Mən də lazım bildiklərimi sonradan deyəcəyəm. Amma ürəyim istəyir əziz tələbələr sual versinlər, mən cavablandırım…
Əvvəla, bu böyük işi dərk edib düzgün qiymətləndirən və öhdəsinə götürən möhtərəm cənablara və əziz din alimlərinə xoşgəldin deyirəm…
Biz qətiyyətlə iddia edə bilərik ki, mərhum böyük rəhbərimizin nəzərində universitet məsələsi inqilab və ölkə üçün birinci dərəcəli əhəmiyyət kəsb etmişdir. O, bir dəfə ölkənin elm və mədəniyyət işçiləri ilə görüşündə buyurdu: “Müharibə məsələsi müvəqqəti bir şeydir, bizim mühüm, daimi və əsaslı işimiz universitetlərdir”. Bu bir həqiqətdir ki, varlığı müəllim və tələbəyə görə olan universitet, həqiqətən də ölkənin gələcəyi üçün təməl sayılır.
Elm ciddi sayılmalıdır. Siz tələbələr və təhsil alan digər şəxslər universitetdə dərs oxumağa, əməli və tədqiqat işlərinə, istedadları çiçəkləndirib inkişaf etdirməyə önəm verməlidirlər …
Savadlandırma Hərəkatında çalışan qardaş və bacılar cihad halında olduqlarını bilsinlər…
SUAL 1: Məşhur psixoloq Freyd deyir: “İnsan özündən böyük və qüdrətli bir şəxsin ona dayaq olduğunu hiss etməyə möhtacdır. Beləcə o “Tanrı” adlı varlığa itaət etməyə ehtiyac duyur. Əslində Tanrı yoxdur və o, sığınacaq axtaranların, “Tanrı” adlı varlığa pərəstiş edənlərin təsəvvürüdür.” Bu, Freydin sözləridir. Ona necə cavab verə bilərsiniz?