Əbbasın (ə) anası Ümmül-bəninin zəban halı Çox ağladım ahü-zardan yoruldum, Bu həyati təlx bardan yoruldum, Hamı gəldi mənim balam gəlmədi, Bu qapıda intizardan yoruldum. Ürəyimin gedən dayağı, ey vay, Dama düşən şikar sayağı, ey vay, At üstündən yerə qolsuz düşəndə, Üzəngidə qalan ayağı, ey vay.