inqilabın İkinci Addım proqramı
Tarix , Tövsüyə olunanlar / May 2, 2019

Zülm altındakı xalqların heç də hamısı inqilab etmir. Ayağa qalxıb inqilab edən xalqların da yalnız kiçik bir qismi prosesi başa çatdıra bilir; hökumətlər dəyişilsə də, inqilab amalları qorunur…

İSLАM TАRİXİ VƏ TƏHLİLLƏR
Tarix , Tövsüyə olunanlar / Dekabr 7, 2018

Ərəbistаnın coğrаfi mövqeyi; İslаmdаn əvvəl siyаsi və ictimаi durumu; Coğrаfi vəziyyəti;Cənub məntəqəsi və orаdаkı dövlətlər; Yаrımаdаnın şimаlındаkı dövlətlər; Petrаnın Pаlmirа ilə əvəz olunmаsı; Tədmur; Cənubdаkı dəyişikliklər; Qəssаnilər; Ləxmilər; Ərəbistаn səhrаsının sаkinləri; Din və etiqаdlаr; Məkkədə qаnun və din; Məkkənin mərkəzə çevrilməsi….

TARİXİN ƏBƏDİSİ
Tarix , Tövsüyə olunanlar / May 21, 2018

Əgər bu gün bütün xalqlar böyük bir mədəni müsabiqədə iştirak etsə, beynəlxalq müsabiqənin mövzusu hər bir xalqın fikri məktəbinin tərbiyə etdiyi ən yüksək nümunəsinin təqdimatı olsa, belə ki, hər bir məktəb və cərəyan bütün səyini öz ən üstün insan məhsulunu göstərməyə yönəltsə, heç bir maneə olmadan, heç bir məhdudiyyət olmadan öz əməli örnəyini ortaya qoya bilsə, şübhəsiz, biz müsəlmanlar Əli ibn Əbu Talibi təqdim etməklə müsabiqənin mübahisəsiz qalibi olacağıq. Məlumatlı və təəssübsüz xalqlar bu qələbənin qarşısında təslim olacaqlar…

AŞURA İNQİLABI

Onun qəbir daşına yazılıb:  “O bizim müsəlmanlığımızın dəlili idi.”Bu kəlam bir çox tanışların həmin qəlbigeniş insan haqqındakı ən gözəl vəsfidir.Mərhum höccətil-islam vəl-müslimin hacı Əliəsğər Səffar Hərəndi elə insanlardan idi ki, onun haqqında danışarkən yalnız doğum və vəfat tarixlərini qeyd etmək bəs etmir. Bu insanın həyatını addım-addım araşdırmaq və izləmək lazımdır…

ÖVSAFÜL-ƏŞRAF

Tərcümə, çıxarışlar, qeyd və şərhlər Füzuli Şəfiyevindir     Entesharate Darul-huda   Uzun illər boyu “Övsafül-Əşraf” kitabı görkəmli alimlər tərəfindən tədqiq edilmiş və yeri gəldikcə bir çox dünya dillərinə tərcümə olunmuşdur. Günümüzə qədər gəlib çatmış əlyazma nümunələri, həmin nüsxələrdə olan fərqlər qeyd olunan işləri dərinləşdirmiş və bu tədqiqatların nəticəsi olaraq, kitabın əsas hissələri demək olar ki, dəqiqləşmişdir. Üzərində tədqiqat işləri aparılan və əksər alimlərin diqqətini cəlb edən nümunələrdən biri də görkəmli alim Seyyid Mehdi Şəmsəddinin 1990-cı ildə nəşr etdiyi nüsxədir. Bu tərcümə də məhz həmin nüsxə əsasında hazırlanmışdır…     Kitabın adı:…………………………Övsafül-Əşraf Müəllif:…………………….Xacə Nəsirəddin Tusi Tərcümə edən:……………………..Füzuli Şəfiyev Nəşr edən:……………………………….Darul-huda Çap tarixi:…………………………………………2005 Çap növbəsi:…………………………………..Birinci Tiraj:………………………………………………..3000

İMAM HÜSEYNİN QİYAMI

İnsan öz həyatında qarşılıqlı əlaqələr yaradıb ictimai şəkildə yaşamağa meyl göstərən bir vücuddur. Onun ictimai yaşayışı həqiqətən zati, təbii və fitri bir məsələdir. Buna əsasən onun dağlar qoynunda, səhralarda və meşələrdə təkcə yaşaması öz fitrətinə zidd və əslində qeyri-mümkün olan bir işdir. Həmin məsələ ilə əlaqədar olaraq hikmət alimləri demişlər ki, insan təbii və fitri cəhətdən mədəni və ictimai bir məxluq kimi yaranmışdır. Cəmiyyət qurmaq, başqalarının qeydinə qalmaq, onların həyat və yaşayışları ilə maraqlanmaq, təsir edib təsirə məruz qalmaq, başqa insanlarla həmkarlıq edib yaşayış problemlərini həll etmək, yaşadığı cəmiyyətdə maddi və mənəvi çətinlikləri aradan qaldırmaq və bəzən də cəmiyyətin ümumi mənafeyinə, özünün şəxsi hüquqlarına təcavüz olunduqda müdafiə mövqeyi seçmək və nəticədə öz dünyasının təmin olması və axirətinin abadlaşmasında əsas rol oynayan bu kimi əməl və hərəkətlər onun fitrətində və təbiətindədir.