QIZIL ƏLLƏR

MÜƏLLİF: Məhbubə Meracipur

May 16, 2021

Məhbubə Meracipur

Bir neçə gün öncədən birlik idarəsində müharibə, cəbhəyə getmək və cihad söhbəti düşəndən özümlə əlbəyaxa idim. Qarajda gəzərək öz-özümə düşünürdüm. Bəzən metalların tak-tuk səsi ilə, şagirdlərimin səsi məni fikrimdən yayındırırdı. Sakit və başlarını aşağı salıb işləsinlər deyə, gözlərimi bərəldib onlara baxırdım. O dəqiqə başa düşürdülər ki, daha çox və daha yaxşı işləməlidirlər. Bunu anlamaq özlərinə də faydalı olur, dərhal nə demək istədiyimi başa düşürdülər. Müştərilərin xarab maşınlarının üstünə düşüb təmir etməyə çalışırdılar.

No Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 2 =