ŞƏHADƏT AŞİQLƏRİ

MÜƏLLİF: Məsumə Sepehri

March 3, 2018

Azərbaycanlı könüllülərdən ibarət Aşura diviziyasının kəşfiyyatçısı Mehdiqulu Rzayinin xatirələri

“Necə oldu ki, mənimlə həmyaşıd olan Kərim və Dostəli cəbhəyə gedə bildilər, mənsə qəbul olmadım?! Nə üçün bu yay bitmək bilmir?!”

Həmin gecə həyatımın ən isti gecələrindən biri idi. Yox, hava isti deyildi, təsadüfən, səmada bir neçə bulud parçası da var idi, lakin yatağımda çevrilir, nə edəcəyimi bilmirdim. Məni Bəsicin[1] qərargahından əliboş qaytardıqlarına inana bilmirdim. Yəni yenə küçə, məktəb və məscidlə kifayətlənməliyəm, işim yalnız gecələr küçələrdə keşik çəkməkdən və «işıqları söndürün» deməkdən ibarət olacaq?! Gecəni səhərə qədər yata bilmədim, kimsəyə də demədim ki, mən sinif imtahanı kimi Bəsicin imtahanından da kəsildim.

[1] Bəsic – hazırlıq, səfərbərlik deməkdir. İİR-da xalq könüllülərindən ibarət təşkilat belə adlanır…

One Comment

  • Mecid March 7, 2018 at 10:25 pm

    Bunu kitab formasinda nece ve hardan almaq olar?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one + 17 =