MÜƏLLİM BƏY
Roman , Tövsüyə olunanlar / January 12, 2023

2 May (İranda) Müəllim günüdür. Uşaqlar hər il həmin gündə müəllimlərini təbrik edirlər, hədiyyə apara bilənlər onlarla şəkil çəkdirirlər…

Əli Ləndi
Roman , Tövsüyə olunanlar / January 12, 2023

Qonşunun evi yanırdı. İçəridən qışqırıq səsləri gəlir, hər tərəfdən bayıra şölə saçırdı. Əli qadınların qışqırtısını eşidib fikirləşdi: “Birdən yanğınsöndürənlər gələnə qədər qonşular yanarlar!” Əli qaçıb yanan evin içinə girdi… Qonşular xilas oldular… Əli göylərə qanad çaldı…

MÖHSÜN BƏY
Roman , Tövsüyə olunanlar / January 12, 2023

12 İyul 1991-ci ildə İranda çoxlu oğlan uşağı dünyaya gəldi. Lakin onların yalnız biri 26 ildən sonra bütün xalqın qürur mənbəyinə çevrildi…

İbrahim qardaş
Roman , Tövsüyə olunanlar / January 12, 2023

İbrahim Hadini hamı tanıyır, sevir və onun kimi olmaq istəyir. İbrahim kimi olmaq üçün əvvəlcə onu yaxından tanımalı, onun kimi yaşamağa çalışmalıyıq. İbrahim iman, savad, fiziki güc, şuxtəblik və digər yaxşı xüsusiyyətləri özündə toplamışdı…

Aşura diviziyasının bayraqdarı
Roman , Tövsüyə olunanlar , Uncategorized / December 19, 2022

Şəhid Həmid Bakiri Xeybər əməliyyatından öncə: “Qardaşlarım! İnşallah, yerinə yetirəcəyimiz bu tapşırığın adı şəhadətdir. Kim şəhadət aşiqi deyilsə, gəlməsin! İslam cəmiyyətimizin yaşaması sizin şəhadət, fədakarlıq və müqavimətinizdən asılıdır. Belə bir şəraitdə özümüzdən keçib cihada qalxmasaq, xarlıq və tənəzzül qaçılmaz olacaq!”.

Yaşasın Kumeyl
Roman , Tövsüyə olunanlar / July 31, 2022

Stolumuzun üstündə, görkəmindən bir neçə il nəmli sandıqda qaldığı bilinən yüzvərəqli bir dəftər vardı. İlk səhifəsini açanda Möhsün Mütləqin adını, ünvanını və telefon nömrəsini gördük. Vərəqlədikcə Kumeyl batalyonunun cəbhədə qopardığı toz-dumana şahid olduq, barıt qoxusunu duyduq, bildik ki, bunlar bir bəsicinin[1] qeydləridir. Sonrakı günlərdə Möhsünlə daha yaxından tanış olduq. Onun qısa saçı və uzun duyğuları bizi dəftərin yeni bir üzvü ilə tanış etdi. [1] İranda Bəsic paramilitarist könüllülər təşkilatının üzvləri bəsici adlanır.

İnqilab və İslam quruluşu
Roman , Tövsüyə olunanlar / July 4, 2022

İmamın ən böyük üstün cəhəti bu idi ki, özünü bir şəxsiyyət olaraq önə çəkmirdi. Özlüyündə də özünü İslam və müsəlmanlarla bağlı məsələlərdə bir şəxsiyyət kimi hesab etmirdi. İmam İslamda həll olmuş, ilahi maarifə könül vermiş bir insan idi. Səmimi qəlbdən bu maarifi qəbul etmiş, onun tərkib hissəsi olmuşdu. O, Allahın insan həyatındakı hakimiyyətini qəbul etmişdi. Öz şəxsi həyatında da həqiqətən, ilahi hakimiyyəti qəbul etmişdi. Allahın qulu idi, Ona müti idi. İlahi hakimiyyət buradan başlayır. Öncə ürəyimizi Allahın bəndəsi edək. Allahı könlümüzə, varlığımıza hakim edək. Sonra bütün ölkədə, cəmiyyətdə (Allah) hakimiyyəti qurmaq yönündə hərəkət edək. Beləcə növbə dünyaya çatsın. Belə insanlar iş görə, irəliləyə bilərlər. İmam həqiqətən, bu sahədə ilahi rəhbər, öndər idi. Buna görə də onun qopardığı fəryad İslam fəryadı idi, Allah fəryadı idi. O, Allahın adının və yolunun bərəkətindən könüllərlə əlaqə yarada bildi, ürəkləri ələ aldı.