HÜSEYNÇİLƏR PROQRAMI. Kərbəla yoldaşım.
On dörd məsum , Tövsüyə olunanlar / October 27, 2017

Parlaq gələcək mədəniyyət mərkəziz Kərbəla səfərinə gedənlər üçün “HÜSEYNÇİLƏR” adında dəyərli bir mobil proqaramı hazırlayıb. Bu proqramın təqdimat mərasimi Xanım Rüqəyyənin şəhid olan günü keçirilib Bu proqramda İmam Hüseyn(ə) barəsində moizələr, ilahilər, ziyarətnamələr və Həzrəi Huseyn(ə) haqqında İmamlar və dahilərdən bizə çatan cümlələr yerləşdirilib.

Ərbəin yoldaşım
On dörd məsum , Tövsüyə olunanlar / October 20, 2017

Hüseynin (ə) cazibəsi hər gün insanları özünə cəzb etməkdədir. Ərbəində şəhidlər sərvərini ziyarət məqsədilə piyada yürüş ənənəsi inanılmaz həddə rəvac tapmışdır. Elə buna görə də, piyada ziyarət təcrübələrimi qələmə almaq və bu möhtəşəm aksiyaya az da olsa kömək etmək qərarına gəldim. Allahın lütfü sayəsində ötən il “Ərbəiniyyat” adlı kitab çapdan çıxdı. Ziyarətçilərin marağını nəzərə alaraq, kitaba yeni təcrübələrimi də artırıb təkmilləşdirdim və adını “Ərbəin yoldaşım” qoydum. Ərbəin ziyarətçilərinin artması və havanın dəyişməsi ortaya yeni şərtlər və fərqli təcrübələr qoya bilər. Ümidvaram bu müqəddəs ziyarət yürüşü istiqamətində gördüyümüz işlər imperializmin məhvi yolunda bir addım olsun.

İMAM HÜSEYNİN QİYAMI

İnsan öz həyatında qarşılıqlı əlaqələr yaradıb ictimai şəkildə yaşamağa meyl göstərən bir vücuddur. Onun ictimai yaşayışı həqiqətən zati, təbii və fitri bir məsələdir. Buna əsasən onun dağlar qoynunda, səhralarda və meşələrdə təkcə yaşaması öz fitrətinə zidd və əslində qeyri-mümkün olan bir işdir. Həmin məsələ ilə əlaqədar olaraq hikmət alimləri demişlər ki, insan təbii və fitri cəhətdən mədəni və ictimai bir məxluq kimi yaranmışdır. Cəmiyyət qurmaq, başqalarının qeydinə qalmaq, onların həyat və yaşayışları ilə maraqlanmaq, təsir edib təsirə məruz qalmaq, başqa insanlarla həmkarlıq edib yaşayış problemlərini həll etmək, yaşadığı cəmiyyətdə maddi və mənəvi çətinlikləri aradan qaldırmaq və bəzən də cəmiyyətin ümumi mənafeyinə, özünün şəxsi hüquqlarına təcavüz olunduqda müdafiə mövqeyi seçmək və nəticədə öz dünyasının təmin olması və axirətinin abadlaşmasında əsas rol oynayan bu kimi əməl və hərəkətlər onun fitrətində və təbiətindədir.

MÜBARƏK AŞURA MEHİ

Böyük Rəhbər Həzrət Ayətullah Seyid Əli Xameneinin sözlərinə əsasən qanlı məhərrəm hərəkatına bir baxış Allah-Taalaya şükür edirik ki, yenidən bərəkətli məhərrəm və Aşura ərəfəsində yaşamaq, həm canımızı, həm elmi, ruhi və fiziki qüvvələrimizi Aşuranın mübarək mehindən və həzrət Əbu Abdullahın (ə) lütf mənbəyindən bəhrələndirmək səadətini bizə nəsib etdi. İnşallah bizim bütün xalqımız, o cümlədən böyük alimlər, möhtərəm ruhanilər və təbliğatçılar, xüsusən bu yola yeni qədəm qoymuş həvəskar və imanlı gənclər bu imkanlardan faydalana və daha artıq məsuliyyət daşıyanlar bu aydan daha çox bəhrələnə bilsinlər. Bu günlər mənim üçün də böyük bir fürsətdir.