Mirvariyə çevrilən ürək qanı
Roman , Tövsüyə olunanlar / February 21, 2020

Ayətullah Seyid Əli Xameneinin sürgün və həbslərinə dair xatirələri Bir dəfə qonşu kameradan divara vurulduğunu eşitdim, amma mənasını anlamadım. Bildim ki, bu zərbələrdə bir məqsəd var. Bir gün diqqətlə kameranın divarlarına baxırdım. Adətən, dustaqlar başlarını yeni bir işlə qarışdırmaq üçün belə edirlər. Divarda dustaqların yadigarlarını, zarafat və lətifələrini oxuyurdum. Kameranın qapısının yanında bir divar vardı, ora çox zəif işıq düşürdü. Həmin divara baxanda hərflərə və onların kodlarına dair bir cədvəl diqqətimi cəlb etdi. Yavaş-yavaş cədvəlin dili ilə tanış oldum və morze işarələri olduğunu gördüm. Onu öyrənməyə başladım və get-gedə qonşu divardan gələn siqnalların mənasını anladım… Bu xatirələrin sahibi İslam inqilabının dəyərli şəxsiyyətlərindən biri olan Ayətullah Seyid Əli Hüseyni Xameneidir. Mərhum İmam Xomeyni kimi o da mübarizə illərində öz fəaliyyətini xalq, xüsusən də gənclər üzərində qurmuş, tələbə və gənclərlə əlaqə yaratmaq üçün İranın müxtəlif vilayətlərində fəaliyyət göstərmişdi. Onun məqsədləri gənclərin amalları ilə eyni idi: şərəf və ləyaqət, hegemon dünyanın asılılığından qurtuluş, tağutlara, xalqları xar edənlərə, xüsusən də Amerikaya və sionist düşmənə qarşı mübarizə.